REGİONLAR
Xaçmazlılar qardaş ölkəyə dəstəyini əsirgəmirlər
Xaçmaz, 23 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon İcra Hakimiyyətinin sifarişi ilə hazırlanan 5 ədəd modul ev Bakı şəhərindən Türkiyəyə yola salınıb.
İcra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iki otaqlı modul evlərin hər biri 12 nəfərin yaşaması üçün məişət şəraiti ilə təmin olunub.
Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə yardım aksiyasında Xaçmaz sakinləri, sahibkarlar və könüllülər də fəal iştirak edirlər. Rayondan bu günədək qardaş ölkəyə 10-a yaxın yardım avtomobili yola salınıb.
Qardaş ölkəyə toplanan yardımlar arasında qış paltarları, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar ərzaq, su və digər qida məhsulları çoxluq təşkil edib.
Vətəndaşlar tərəfindən gətirilən yardımlar könüllülər tərəfindən qablaşdırılaraq avtomobillərə yüklənib və qardaş ölkəyə göndərilib.