XARİCİ İŞLƏR NAZİRİ AVSTRİYANIN BAKIDAKI SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Martın 18-də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev Avstriyanın ölkəmizdəki səfiri xanın Haydemariya Gürerlə görüşmüşdür.
Nazirliyin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Avstriya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafına, o cümlədən dünyada baş verən bir sıra proseslərə dair fikir mübadiləsi aparılmışdır.
Səfirin xahişi ilə ölkəmizin xarici siyasət idarəsinin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan işlər və ATƏT-in Minsk qrupunun bu sahədə fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Sonra səfir Haydemariya Gürer Avstriya və Azərbaycan sahibkarları arasında əlaqələrin inkişafı və səmərəli əməkdaşlığın genişlənməsi məqsədi ilə Avstriya şirkətlərinin Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə Bakıda keçirilən iqtisadi forumu haqqında nazir Vilayət Quliyevə məlumat vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]