XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROVUN ABŞ-A İŞGÜZAR SƏFƏRİ BAŞLANMIŞDIR
Günün sonunda Azərbaycan xarici işlər nazirinin şərəfinə nahar verilmişdir. Naharda Heritec Fondu, Hadson İnstitutu, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutu kimi nüfuzlu təhlil mərkəzlərinin nümayəndələri, Dövlət Departamentinin və Ağ evin təmsilçiləri, ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri iştirak etmişlər.
Aprelin 7-də Elmar Məmmədyarov Heritec Fondunda “Azərbaycanın xarici siyasətindəki çağırışlar” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Daha sonra o, dövlət katibi Kondoliza Rays ilə görüşəcəkdir. Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Stiven Mənn, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid və ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi Stiven Hedli ilə də görüşləri nəzərdə tutulmuşdur.