XAŞXAŞ VƏ ÇƏTƏNƏ KOLLARI MƏHV EDİLMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Şəki Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Baş Göynük kənd sakini Zavilyə Aslanovaya məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 11 kiloqram olan 71 ədəd xaşxaş kolu yığılaraq məhv edilmişdir.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Səfikürd kəndindən yabanı halda bitmiş, çəkisi 215 kiloqram olan 738 ədəd, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindən çəkisi 322 kiloqram olan 281 ədəd, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Dilman kəndindən çəkisi 867 kiloqram olan 715 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]