Xətai rayon kitabxanasında şəhid Vüsal Rzayevin xatirəsi anılıb
Bakı, 8 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Vüsal Rzayevin xatirəsinə həsr olunmuş “Həsrətə dönən Vüsal” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhidin ömür və döyüş yoluna nəzər salınıb, Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərdən söhbət açılıb.
Tədbirdə şəhidin döyüş yoldaşları onun qəhrəmanlığından, vətənpərvərliyindən danışıb, xatirələrini bölüşüblər.
Sonda 116 nömrəli tam orta məktəbin və 24 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri qəhrəmanlarımıza həsr olunmuş şeirlərlə çıxış ediblər və Manya Səxavət qızının qələmə aldığı “Şəhid Vüsal” adlı şeiri səsləndirilib.