Xətai rayonunda seçki məntəqələri tam tərkibdə və vaxtında fəaliyyətə başlayıb
Bakı, 1 noyabr, AZƏRTAC
Xətai rayonunda seçicilərin səsverməsi üçün məntəqələr tam tərkibdə və vaxtında fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, rayonun ərazisində 4 seçki dairəsi və 136 məntəqə fəaliyyət göstərir. Ümumilikdə 261 mindən çox əhalisi olan Xətai rayonunda məntəqələr üzrə 170 mindən çox səsvermə hüququna malik vətəndaş qeydiyyata alınıb.
Səsvermə prosesinin şəffaf keçirilməsi üçün seçki məntəqələrində bütün şərait yaradılıb.
Məntəqələrin veb-kameralarla təmin olunması səsvermənin şəffaf keçməsindən xəbər verir.