Xətai sakinlərinin qaz təchizatı ilə bağlı müraciətləri dinlənilib
Bakı, 21 iyul, AZƏRTAC
Bakı şəhərində “Azəriqaz” İB tərəfindən keçirilən “Açıq mikrofon” aksiyası bu dəfə də Xətai rayon sakinlərinin ixtiyarına verilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, sakinlərin şikayət və təkliflərini dinləyən Birlik nümayəndələri onların problemlərini qeydiyyata alıblar.
Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bütün müraciətlərin ən qısa zamanda aradan qaldırılması üçün aidiyyəti üzrə göstəriş veriləcəyini deyib.
Tədbirdə səsləndirilən problemlərin çoxunun dərhal aradan qaldırılması və abonentlərin məmnunluğunun təmin olunmasına çalışılıb.
Sonda məhsuldar aksiyaya görə vətəndaşlar “Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkür ediblər.