Xətai Sənət Mərkəzində növbəti rəsm müsabiqəsi- “Qazaxım mənim”
Bakı, 30 yanvar, AZƏRTAC
Bakı Xətai Sənət Mərkəzində növbəti rəsm müsabiqəsi elan edilib. “Qazaxım mənim” adlı rəsm müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib. Onun sözlərinə görə, rəsm müsabiqəsi Qazax rayonundan olan balaca və yeniyetmə fırça ustaları arasında keçirilir.
“Müsabiqə vətənpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii zövqünün formalaşdırılması, obrazlı düşüncə tərzinin inkişaf etdirilməsi, onların yaradıcı qabiliyyətinin təkmilləşdirilməsi, habelə istedadlı uşaq və gənclərin üzə çıxarılması, bölgələrin turizm potensialının təbliği məqsədi daşıyır. Müsabiqəyə qatılmaq istəyənlər işlərini [email protected] elektron ünvanına aprelin 6-dək göndərə bilərlər. Müsabiqəyə 17 yaşına qədər uşaq və yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak edə bilər. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək”, - deyə Z.Əvəzov söyləyib.
Əsərlər Xətai Sənət Mərkəzi və Qazax Dövlət Rəsm Qalereyasında sərgilənəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]
“Azərbaycan” pavilyonunda Vera Xayrutdinovanın sərgisi açılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]