Xəzər rayonunda üç avtomobildən oğurluq etmiş şəxs yaxalanıb
Bakı, 10 avqust, AZƏRTAC
Paytaxtda avtomobillərdən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları oğurluq etdiyinə görə tutulmuş A.Abbasovla bağlı apardıqları əməliyyat tədbirləri ilə onun daha üç avtomobildən maqnitofon və akkumulyator, habelə bir mağazadan 80 manat dəyərində ərzaq məhsulları oğurlamasını da müəyyənləşdiriblər.
Qax rayonu ərazisindəki evlərin birindən altı min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini K.Nəzərəliyeva rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.