Xəzər Universitetində Çin dilində məlumat mənbələrinə giriş üçün sınaq imkanı yaradılıb
Bakı, 6 noyabr, AZƏRTAC
Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi Çin Milli Bilik İnfrastrukturuna giriş üçün 8 həftəlik sınaq imkanı əldə edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Çin Milli Bilik İnfrastrukturu bu ölkənin siyasi, iqtisadi, humanitar və sosial, elmi və texnoloji inkişafını əks etdirən, Çin dilində məlumat qaynaqlarının ən nüfuzlu, əhatəli və ən böyük mənbəyidir.
1988-ci ildən istifadəyə verilmiş Çin Milli Bilik İnfrastrukturuna bu ölkənin akademik jurnalları, əsas qəzetləri, doktorluq-magistrlik dissertasiyaları və konfrans materialları daxildir.
Məlumat bazasının ingilis dilində interfeysi, əsas sosial, elm və texnologiya sahələrini əhatə edən 400-dən çox elmi jurnalı var və burada istənilən mövzu üzrə məqalələr tapmaq mümkündür. Onunla tanış olmağa və xüsusiyyətlərini öyrənməyə kömək məqsədilə sərbəst sınaq müddəti verilir. Məlumatlar Çin dilində axtarılsa, daha çox nəticə əldə edilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [18:24]
Peşə təmayüllü siniflər əmək bazarının gələcək kadrlarını yetişdirir
- 25.08.2026 [18:14]
Qubada tələbələr üçün “GeoCamp” yay düşərgəsinin açılışı olub
Sabahın hava proqnozu açıqlanıb
- [13:01]
Bankların cəmi aktivləri artıb
- [12:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Laçın Şəhəri Günüdür
- [08:30]
ABŞ-də bayraqlar bir həftə yarıyadək endiriləcək
- 25.08.2026 [23:59]
Sabah Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək
- 25.08.2026 [23:42]
Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib
- 25.08.2026 [23:05]
Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ
- 25.08.2026 [22:34]
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan
- 25.08.2026 [21:13]
Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən
- 25.08.2026 [21:11]
Bu saata olan əsas xəbərlər
- 25.08.2026 [20:00]