XƏZƏRİN PROBLEMLƏRİNƏ DAİR KONFRANS KEÇİRMƏYƏ ÇAĞIRMIŞLAR
Dünya okeanının problemləri barədə Parisdə, YUNESKO-nun iqamətgahında keçirilən tematik sessiyada bir sıra ölkələr Xəzər dənizinə dair konfrans çağırmaq təklifi irəli sürmüşlər. Belə bir konfransın keçirilməsindən məqsəd Xəzər regionu dövlətlərinin həm hüquqi, həm də ekoloji məsələləri müzakirə etməsi və onların razılaşdırılması üçün dəqiq mexanizm işləyib hazırlaya bilməsidir. İTAR-TASS xəbər verir ki, konfransı çağırmaq təşəbbüsünü Xəzəryanı ölkələr – Rusiya, Azərbaycan, İran və başqaları YUNESKO-nun Hökumətlərarası Okeanoqrafiya Komissiyası Assambleyasının Parisdə keçirilən 22-ci sessiyasında təklif etdikləri qətnamədə irəli sürmüşlər. Qətnamədə onlar Xəzər dənizi ilə bağlı problemlərin həlli üçün daha fəal tədbirlər görməyə çağırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]