Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xına rəngli dağlar, italyan turist, Nuhun dilində danışan adamlar - REPORTAJ

Quba, 10 oktyabr, Abdulla Suvar, AZƏRTAC

Bakıdan səhər saatlarında çıxmışdıq. Azərbaycanın ilk ödənişli avtomobil yolu ilə Qubaya necə gəlib çatdığımızı heç bilmədik. Payızın gəlişindən xəbərsiz alma bağlarında zəhmətkeş kənd adamlarının böyük həvəslə meyvə yığımı bu yerlərin bərəkətindən xəbər verirdi.

Əsas işimiz Qubadan sonra başladı. Yolumuz Xınalığa idi. Dövlət Turizm Agentliyi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil etmişdi. Rayon mərkəzindən Xınalığa qədər uzanan 57 kilometrlik yol asfalt olsa da, burada nəqliyyatın hərəkəti ərazinin coğrafi relyefinə görə heç də asan deyildi.

AZƏRTAC xəbər verir ki, “Xınalıq UNESCO-da 1 il” mövzusuna həsr olunmuş turda 40-dan çox media təmsilçisi iştirak edirdi. Xınalığa çatmamış bizi xına rəngli qayalar, başı ağ örpəyə bürünmüş dağlar, dərələrə doğru ilan kimi sürünən duman və uzanıb gedən Qudyalçay qarşıladı. Yolumuzun üstündəki Cek kəndi də adi kimi hamımızda maraq doğurdu. Onu da öyrəndik ki, burada yaşayanlara ceklilər və ya ceklər deyirlər. Dolanbac yollarla sərt döngələrdən keçən, bomboz çılpaq dağların yanından şütüyən maşınımız axır ki, Xınalığa yetişdi...

Beş min il yaşı olan müqəddəs məkan

Bakıdan 240 kilometr uzaqda yerləşən bu kəndin adına Xınalıq və ya yerli dildə Kətiş deyirlər. Kəndin adının mənşəyi ilə bağlı bir neçə versiya var. Rəvayətə görə, kəndin adı burada başı buludlara dəyən xına rəngli dağlardan götürülüb. Qədim zamanlardan indiyə qədər Xınalıq kəndi və əhalisi özlərini "Kətiş xalqı", öz kəndlərini isə "Kətiş" adlandırırlar. Bu sözlərin mənası "müqəddəs" deməkdir.

Dünyanın ən yüksək yaşayış məntəqələrindən olan bu ərazi dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşir. Beş min il yaşı olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. Qudyalçayın şərq hissəsində yerləşən Xınalıqda dağ mənzərəsi üstünlük təşkil edir. Rəvayətlərə görə, xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Xınalıqlılar Azərbaycanın ən qədim sakinlərindən sayılır. Bu etnos dünyada yeganə dilə və yaşayış məskəninə mənsubdur. Yəni, dünyanın etnik xəritəsində ancaq bir Xınalıq kəndi və yeganə Xınalıq dili mövcuddur ki, bu da Azərbaycanın Quba rayonuna məxsusdur.

Yaşını unudan Həcər nənə, hamıdan çox sevinən uşaqlar

Xınalığa gəlişimizə elə bil hamıdan çox uşaqlar sevinmişdi. Çünki onlar durmadan hey sağa-sola qaçır, bizimlə doğma yerləri sanki yenidən “kəşf” edirdilər. Onların sevincinin bir səbəbi də nənələrinin, analarının toxuduqları rəngbərəng, bir-birindən zərif corabları satmaq həvəsi idi. Düzü, heç bilmədim həmkarlarımızdan kimsə bu balacaları sevindirə bildi, ya yox.

Kənd yerlərində unudulmaz bir adət var. Yaşlı adamlar öz evlərinin çöl girişində (bəzi bölgələrdə buna doqqazın ağızı da deyirlər) oturub gəlib-gedənlə hal-əhval tutarlar. Elə Həcər nənə kimi. Yaşını unutsa da, öyrəndik ki, artıq 9 onilliyi arxada qoyub, bir əsrin dizini qatlamağa hazırlaşır. Burada doğulub, elə ömrünü at belində bu dağlarda keçirib. Bizi mehriban baxışları ilə süzüb hər sualımıza təbəssümlə cavab verdi. Jurnalistlərdən birinin ona verdiyi kiçik hədiyyəni “bunu neyləyəcəyəm dişim də yoxdur” deyə qəbul etmək istəmədi. “Nəvələrinə verərsən” sözünü eşidən kimi sakit baxışı ilə təşəkkürünü bildirdi. Axı boş yerə deyilməyib ki, nəvələr nənələrin valerianıdır.

Gəzinti zamanı kəndçi Sərxanın əl dəyirmanında hazırladığı qurut-çoban yeməyi, nalbənd Mahirin at nallaması da gəzintimizə xüsusi rəng qatdı. Nalbənd dedi ki, ata ildə 6 dəfə nal vurulur. Son illər bu yerlərə xarici turistlər tez-tez gəldiyindən at həm də burada yaşayanlar üçün bir gəlir mənbəyidir.

Turistlərin Xınalığa gəldiyini bilirdik, amma payızın bu oğlan çağı onları burada görəcəyimizə düzü inanmırdıq. Elə nalbənddən yeni ayrılmışdıq ki, bir neçə xarici turistlə qarşılaşdıq. Onlardan biri də İtaliyadan gəlmiş Valerio Fazio idi. O bildirdi ki, Xınalıq haqqında internetdən məlumat əldə etdikdən sonra bu yerləri görməyi qərarlaşdırıb: “Kəndin dağlar arasında yerləşməsi və insanlarının adət-ənənələrinə bu qədər sadiq olması təqdirəlayiqdir. Mən də bir gecəni burada keçirməkdən çox məmnunam, bu, mənim üçün tamamilə gözəl bir təcrübə oldu. Çox şadam ki, Azərbaycana, bu gözəl ölkəyə gəlməyə qərar verdim. Xınalıq kəndi öz mövqeyinə görə tamamilə heyrətamizdir”.

Keçmiş tarixi yaşadan yeni qurulan evlər

Dövlət Turizm Agentliyinin tabeliyində “Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu 2023-cü il sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə yaradılıb. Bundan bir neçə gün sonra, yəni sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya irs siyahısında daxil edilməsinə dair qərar qəbul olunub.

Tarixən Xınalıq sakinlərinin əsas məşğuliyyəti köçəri maldarlıq olub. Köçəri həyat tərzi onların adət-ənənələrində, dillərində, inanclarında özünü göstərir. Köç marşrutunun uzunluğu 200 kilometrdir. Marşrut beş inzibati rayonun - Qusar, Quba, Şamaxı, Qobustan və Hacıqabulun ərazisindən keçir.

Mediatur zamanı Xınalıq və Köç yolu mədəni landşaftının Ümumdünya irsi elan olunduqdan sonrakı bir il ərzində görülən işlərlə tanış olduq. Öyrəndik ki, artıq "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda strukturlaşdırma işləri tamamlanıb. Həmçinin UNESCO Dünya İrs Komitəsinin qaydaları əsasında bərpa-konservasiya sahəsinə dair vacib sənədlər hazırlanıb, qoruqla bağlı məlumat bazasının yaradılması üzrə işlərə başlanılıb.

Qısa vaxtda Xınalığın əsas mədəni irs atributlarını özündə daşıyan memarlıq elementlərinin qorunması və konservasiyası istiqamətində Dövlət Turizm Agentliyi tərəfindən mühüm işlər görülüb. Kənd ərazisindəki evlərdə aparılan təmir və bərpa işləri növbəti illərdə də davam etdiriləcək. Belə ki, kəndin memarlığının özündə daşıdığı tarixi dəyərləri qorumaq məqsədilə 2020-ci ildən etibarən Xınalıq kəndində qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işləri aparılıb, 41 ev isə tamamilə təmir-bərpa olunaraq əhalinin istifadəsinə verilib. Növbəti iki ildə daha 19 evin təmir-bərpası planlaşdırılır. Xınalıq kəndindəki evlər əsasən iki mərtəbədən ibarət olduğu üçün ümumilikdə təmir-bərpa olunan sahə kifayət qədər genişdir və 18 min kvadratmetrdən çox ərazini əhatə edir. Görülən təmir-bərpadan sonra buradakı evlər öz keçmiş görkəmini alıb və yenidən Xınalıq tarixinin bir parçasına çevrilib. İşlərin aparılmasında əsas çətinlik Xınalıq kəndinin dağlıq relyefə və sərt iqlimə malik olması, buradakı hava şəraitinin ilin yalnız 5 ayında (may-sentyabr) tikintinin aparılmasına imkan verməsi ilə bağlıdır.

Artıq gəzintimiz yekunlaşır, xatirə olaraq Xınalıqda şəkil çəkdirib gəldiyimiz yollarla geri qayıtmağa tələsirik. Təkcə bizmi tələsirik? Yox, elə günəş də son şəfəqlərini dağlardan çəkir, çobanlar da sürülərini qışlağa doğru tələsdirir. Axı bu yerlərə qışın gəlməyinə sayılı günlər qalıb, elə bizi qarşılayan duman da zirvəyə doğru sürünüb gözdən itməyə çalışır. Şair demiş: “Duman salamat qal, dağ salamat qal...”. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı