“Xocalı - bu olub” ilk dəfə Sofiyada göstəriləcək
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pantomima Teatrı Xocalı soyqırımına həsr olunmuş yeni səhnə əsərinin ilk tamaşasını Bolqarıstanın paytaxtında göstərəcək.
AZƏRTAC xəbər verir ki, teatrın direktoru, Əməkdar artist Elman Rəfiyev bu barədə məlumat verib. “Xocalı - bu olub” adlı tamaşa Sofiya şəhərində fevralın 25-də nümayiş olunacaq.
Bildirib ki, Mədəniyyət Nazirliyi və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan səfər Xocalı soyqırımının tanıdılması məqsədi daşıyır.
Səhnə əsərində Xocalı həqiqətləri, 1992-ci ilin 26 fevralında erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı pantomima teatrı estetikasında nümayiş olunacaq.
Tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Rolları Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev və Cavad Nuriyev ifa edir.
Xatırladaq ki, Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı qrupu bundan öncə də Xocalıya həsr olunmuş səhnə nümunəsi ilə Avropada səfərdə olub. 2012-ci ildə bu mövzuda hazırlanmış tamaşa faciənin 20-ci ildönümü ilə bağlı təşkil olunan “Almaniyada Xocalı günləri” çərçivəsində nümayiş etdirilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]
“Solğun çiçəklər” yenidən Şuşa Teatrında nümayiş ediləcək
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]