Azərbaycan Dövlət İnformasiya Agentliyi

XOCALI SOYQIRIMININ 10-CU İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BƏYANATI

İşğal olunmuş torpaqların azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə (822, 853, 874 və 884 nömrəli qətnamələr), Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərinin sənədlərinə məhəl qoymayan Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Dağlıq Qarabağ ərazisində təkcə Ermənistandan deyil, digər ölkələrdən də gələn terrorçuların hazırlanması, Azərbaycan xalqına qarşı yeni cinayətlərin təşkil edilməsi üçün düşərgələr yaradılmışdır. Burada narkotik vasitələrin dövriyyəsindən və nəqlindən, silah alverindən əldə edilən gəlir terror məqsədləri üçün istifadə olunur.

Azərbaycan xalqına və digər qonşu dövlətlərə qarşı soyqırımı və terror Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Erməni millətçiliyinin məqsədlərinə nail olmaq üçün heç bir çirkin vasitədən çəkinməyən yerli və beynəlxalq terrorçu təşkilatların bu ölkədə sərbəst fəaliyyətinə hər cür şərait yaradılmışdır.

Son yüz ildən artıq bir dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan xalqına və digər xalqlara qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Bu nifrət ideologiyasının törətdiyi faciəli nəticələr tarixdən yaxşı məlumdur.

X1X əsrin sonlarından etibarən böyük dövlətlərin himayəsindən istifadə edən erməni millətçiləri “Böyük Ermənistan” yaratmaq xülyasına düşmüş, iddia etdikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə Qafqazda kütləvi terror aktları və qırğınlar törədərək, yüz minlərlə günahsız azərbaycanlını qətlə yetirmişlər. 1905-1907-ci illərdə İrəvanda və Zəngəzurda (müasir Ermənistan Respublikası ərazisində), Tiflisdə, Bakıda, Naxçıvanda, Gəncədə, Qarabağda, 1918-1920-ci illərdə Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda dinc əhaliyə amansızcasına divan tutulmuşdur.

Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti Sovet hakimiyyəti illərində də davam etdirilmiş, SSRİ-nin ermənipərəst rəhbərliyinin köməyi ilə 1948-1953-cü illərdə, habelə 1988-1989-cu illərdə qısa bir vaxt içərisində Ermənistandan yarım milyona yaxın azərbaycanlı deportasiya edilmiş, yaxud qovulmuş, yüzlərlə azərbaycanlı milli mənsubiyyətinə görə öldürülmüşdür. Ermənilərin bu qanlı və avantürist siyasəti iki milyondan çox azərbaycanlının ayrı-ayrı vaxtlarda etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalması ilə nəticələnmişdir. Bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdır. Erməni millətçiləri qarşılarına qoyduqları məqsədə nail olmuş, Ermənistanı monoetnik dövlətə çevirmişlər.

Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti lap əvvəldən geniş miqyaslı informasiya müharibəsi ilə müşayiət olunmuşdur. Erməni “alimlərinin” səyləri ilə bütün Qafqazın tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Qafqazda baş verən hadisələr şüurlu surətdə təhrif olunmuş, dünya ictimaiyyətinin nəzərində “əzabkeş, məzlum və incidilmiş erməni xalqı” obrazı yaradılmışdır. Azərbaycan xalqına qarşı düşmənçilik və soyqırımı siyasətini pərdələmək, qonşu dövlətlərə ərazi iddialarına və bunu həyata keçirmək vasitəsi kimi seçdikləri işğalçılıq müharibəsinə, erməni beynəlxalq terrorizminə haqq qazandırmaq üçün erməni millətçiləri guya 1915-ci ildə ermənilərin soyqırımına məruz qaldıqları barədə uydurmaları ortaya atmışlar. Beləliklə, əsl təcavüzkar və cinayətkar özünü təcavüzün və cinayətin qurbanı kimi qələmə verərək, beynəlxalq ictimaiyyəti çaşdırmağa səy göstərmişdir.

 

1992-ci il fevralın 26-da Ermənistan Respublikasının silahlı birləşmələri, Dağlıq Qarabağdakı yerli erməni yaraqlıları və keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayı Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini büsbütün məhv edərək, insanlığa silinməz ləkə olan soyqırımı aktı törətmişlər. Cəmi bir necə saat ərzində 613 nəfər dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin - köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qalmışdır. Erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar.

Azərbaycan Respublikasının o dövrdəki prezidenti Ayaz Mütəllibovun və digər rəhbərlərinin cinayətkar səhlənkarlığı erməni millətçilərinin bu dəhşətli faciəni törətməsinə şərait yaratmışdır. Hakimiyyətlə müxalifətin qarşılıqlı ittihamları və siyasi mübarizəsi nəticəsində Xocalının müdafiəsi lazımi səviyyədə təşkil edilməmiş, şəhərin dinc əhalisinə heç bir kömək göstərilməmişdir.

Xocalı şəhərində törədilmiş müdhiş cinayətin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş müddəalara tam uyğun gəldiyini sübut edir.

Bu kütləvi və amansız qırğın Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, ümumən insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır. Erməni millətçiləri Xocalıda bu soyqırımı əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər.

Təəssüf doğuran haldır ki, dünya birliyi dövlətlər arasında sivil birgəyaşayış qaydalarının hakim olduğu XX əsrin sonlarında Ermənistan Respublikasının Azərbaycanın ərazi bütövlüyünə qəsd etməsinə, qonşu dövlətə torpaq iddialarını həyata keçirmək üçün işğalçılıq müharibəsi və etnik təmizləmə aparmasına, Xocalı soyqırımı kimi dəhşətli cinayətlər törətməsinə biganə yanaşmış, təcavüzkarın cilovlanması üçün təsirli beynəlxalq tədbirlər görməmişdir. Qəsbkar dövlət olan Ermənistan ətrafında yaradılmış bu cəzasızlıq mühitinin nəticəsidir ki, indiyədək ölkəmizin ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, 1 milyondan çox azərbaycanlı yerindən-yurdundan didərgin salınmışdır.

Nə qədər qəribə olsa da, Xocalı faciəsi kimi real soyqırımına göz yuman bəzi ölkələrin parlamentləri “erməni soyqırımı” əfsanəsini müzakirə mövzusuna çevirmiş, hətta tarixi həqiqətlərə etinasızlıq göstərərək, bu barədə ədalətsiz qərarlar da qəbul etmişlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması səylərinin Ermənistan tərəfindən indiyədək boşa çıxarılmasının səbəblərindən biri də məhz budur.

Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, dünya ictimaiyyəti, nəhayət, təcavüzkarı öz adı ilə çağırmalı, Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinə, qaçqın və köçkünlərin doğma yurdlarına qaytarılmasına kömək göstərməlidir.

Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Müstəqil Dövlətlər Birliyinə, digər beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edir ki, Ermənistan Respublikasının rəhbərliyi tərəfindən təşkil olunmuş və Dağlıq Qarabağda onun köməyi ilə hakimiyyəti qanunsuz zəbt etmiş erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımını tanısınlar və pisləsinlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında ədalətli həlli üçün əllərindən gələni əsirgəməsinlər.

Xocalı soyqırımı kimi dəhşətli cinayətlər cəzasız qalmamalıdır. Azərbaycan Respublikasının Milli Məclisi bəyan edir ki, Azərbaycan dövləti mövcud imkanların hamısından istifadə edərək, özünün ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail olacaqdır.

(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 26 fevral tarixli iclasında qəbul edilmişdir).

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib