Xocasəndə yerləşən Matadrom yaşayış massivində növbəti ağacəkmə aksiyası təşkil olunub
Aksiya çərçivəsində 600-dən çox ağac əkilib
Bakı, 24 dekabr, AZƏRTAC
Xocasən qəsəbəsində yerləşən Matadrom yaşayış massivində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, 350-dən çox insanın iştirak etdiyi aksiyada Abşeron yarımadasının iqlim şəraitinə uyğun olaraq 600-dən çox şam, küknar, badam ağacı əkilib.
Aksiya zamanı milli ruhda musiqi nümunələri səsləndirilib, çay süfrəsi təşkil edilib.