DÜNYA
YAAP DE HOOP SXEFFER NATO-NUN YENİ BAŞ KATİBİDİR
Yaap de Hoop Sxefferin Şimali Atlantika Alyansının başçısı təyin olunması haqqında qərarı ötən il sentyabrın 22-də NATO Şurasının üzvləri tərəfindən yekdilliklə qəbul edilmişdir.
55 yaşlı Yaap de Hoop Sxeffer ixtisasca hüquqçudur, 25 ildən artıqdır ki, Niderland XİN-də müxtəlif vəzifələr tutur. 1978-ci ildən 1980-ci ilədək Brüsseldə Hollandiyanın NATO-dakı nümayəndə heyətinin tərkibində işləmiş, 2003-cü ilin iyulunda Niderlandın xarici işlər naziri təyin olunmuşdur.
NATO-nun baş katibi vəzifəsində çalışacağı birinci ay ərzində Yaap de Hoop Sxefferin ABŞ-a, Bosniyaya və Kosovoya səfər edəcəyi gözlənilir. O, yaxın vaxtlarda, Vaşinqtondan başqa, NATO-nun üzvü olan bütün dövlətlərin paytaxtlarına getməyi planlaşdırır.
Cari il iyunun sonunda baş katib ilk dəfə olaraq NATO ölkələri rəhbərlərinin İstanbulda keçiriləcək görüşünə sədrlik edəcəkdir.