Yamaykanın Antidopinq Komissiyasının rəhbəri Herbert Elliot istefa vermişdir
Bakı, 23 noyabr (AZƏRTAC). Fransa KİV-lərinin verdiyi məlumata görə, Yamaykanın Antidopinq Komissiyasının (JADCO) sədri Herbert Elliot və təşkilatın bütün rəhbər şurası istefa vermişdir.
JADCO-nun sabiq rəhbəri Rene Enn Şirli bu ilin avqust ayında təşkilatın işini tənqid edərək bildirmişdir ki, yamaykalı yüngül atletlərin dopinq testlərinin müsbət nəticə verməsi bütün ölkə üçün həyəcan doğuran, ciddi fikirləşməyə vadar edən bir hadisədir.
Ümumdünya Antidopinq Agentliyinin (WADA) baş direktoru Devid Houmen bildirmişdir ki, əgər JADCO belə bir vəziyyətin təkrarlanmasının qarşısını almaq üçün tədbir görməsə, Yamayka Olimpiya oyunlarında iştirak etmək hüququndan məhrum ola bilər.
Xatırladaq ki, Yamaykanın bir neçə idmançısı istifadəsi qadağan olunmuş preparatlar qəbul etməkdə təqsirli bilinmişdir. Bunlar 2008-ci il Olimpiadasının çempionu, 2009-cu il dünya çempionatının qalibi sprinter Asafa Pauell, qısa məsafələrə qaçış üzrə üçqat Olimpiya çempionu Veronika Kempbell-Braun və 4x100 metr estafetdə qısa məsafələrə qaçış üzrə Olimpiya çempionu Şeron Simpsondur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]
Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir
- 19.06.2026 [12:10]
İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür
- 19.06.2026 [12:07]
Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər
- 19.06.2026 [11:57]
Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
- 19.06.2026 [11:37]
Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var
- 19.06.2026 [11:36]
Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]