İQTİSADİYYAT
Yanvar-avqust aylarında rabitə xidmətlərinin dəyəri 7,6 faiz artıb
Bakı, 17 sentyabr, AZƏRTAC
2018-ci ilin yanvar-avqust ayları ərzində informasiya və rabitə müəssisələri 1188,4 milyon manatlıq xidmət göstərib ki, onun da 72,4 faizi əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 48,3 faizi və ya 574,0 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]