Yanvarda 195-1 Çağrı Mərkəzinə 55 mindən çox müraciət daxil olub
Bakı, 15 fevral, AZƏRTAC
Cari ilin yanvar ayı ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 55 min 656 müraciət daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, vergi ödəyicisinin hüquq və vəzifələri, istehlakçı hüquqları, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Qeyd edək ki, vətəndaşlar İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış vahid platforma - 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan birbaşa zəng edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:43]
Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir
- 08.06.2026 [12:05]
® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda
- 08.06.2026 [11:47]
Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb
- 08.06.2026 [10:52]
Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib
- 08.06.2026 [10:23]
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO
- 08.06.2026 [10:20]