YAP LƏNKƏRAN ŞƏHƏR TƏŞKİLATININ ALTINCI KONFRANSI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatının altıncı konfransı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ümummilli liderimizin abidəsinin önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov partiyanın beşinci konfransından ötən müddət ərzində görülmüş işlər və bu ilin payızında ölkəmizdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar qarşıda duran vəzifələr barədə məruzə etmişdir.
Öz sıralarında 8.245 nəfər partiya üzvünü birləşdirən şəhər təşkilatının rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak etdiyini diqqətə çatdıran məruzəçi, 2008-ci ilin payızında ölkəmizdə keçiriləcək prezident seçkilərində lənkəranlıların İlham Əliyevə səs verəcəklərinə əmin olduğunu bildirmişdir.
Yeni Azərbaycan Partiyasının dördüncü qurultayına nümayəndələr seçilmişdir.
Konfransda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP icra katibinin müavini Siyavuş Novruzov və Milli Məclisin deputatı Cavanşir Paşazadə iştirak etmişlər.