Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP Səbail rayon təşkilatında “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” mövzusunda videokonfrans keçirilib

Bakı, 6 aprel, AZƏRTAC

YAP Səbail rayon təşkilatında Aprel döyüşlərinin beşinci ildönümünə həsr olunan “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” mövzusunda videokonfrans keçirilib.

YAP Səbail rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, Vətən müharibəsinin Səbail rayonundan olan qazilərinin, rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, partiya fəallarının və gənclərin qatıldıqları videokonfransda YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev, Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri, YAP Səbail rayon 2 №-li ərazi ilk partiya təşkilatının sədri Adil Vəliyev, YAP Veteranlar Şurasının və YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Adilə Abasova, 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova, 50 saylı məktəbin direktoru Sədaqət Həsənova, YAP Səbail rayon təşkilatı sədrinin müavini Mehman İsmayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, “İdarəedicilər” ərazi ilk partiya təşkilatının sədri professor Elçin Əhmədov, YAP Səbail rayon “Akademik Filarmoniya” (Azərbaycan Dövlət Akademik Filarmoniyası) ərazi ilk partiya təşkilatının sədri Elçin Abbasov və digərləri, həmçinin Vətən müharibəsinin qaziləri çıxış ediblər.

Videokonfransda F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistlərinin - Əməkdar artistlər Almaz Orucova, Sahib Paşazadə, kamançada Xəyyam Məmmədov və nağarada Emin Cəbrayılovun ifası dinlənilib.

Əvvəlcə 2016-cı il Aprel döyüşlərində, Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın müasir hərb tarixinin ən möhtəşəm səhifələrindən biri olan Aprel döyüşlərinin Vətən müharibəsindəki tarixi Qələbəmizin ilk müjdəçisi olduğunu vurğulayan YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev bu döyüşlərdən əvvəl regiondakı geosiyasi vəziyyət, işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi və siyasi təxribatlar, Aprel döyüşlərində erməni miflərinin ifşa olunması, Azərbaycan Ordusunun yüksək peşəkarlığı və şanlı Aprel qələbəsi, işğalçının məruz qaldığı ağır canlı və hərbi texnika itkisi, Azərbaycanın “dörd günlük müharibə”də əldə etdiyi nəticələr, işğaldan azad olunan ərazilər haqqında danışıb. Bildirib ki, Aprel döyüşləri Vətən müharibəsindəki şanlı Qələbənin bünövrəsi idi. Ş.Hacıyev qeyd edib ki, məhz Aprel döyüşlərində Azərbaycan xalqı əzəli düşməni üzərində uzun illərdən sonra böyük qələbə qazanıb, rəşadətli Ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib, Talış kəndi ətrafındakı bir çox strateji əhəmiyyətli yüksəkliklərin, Lələtəpənin, Cəbrayılın Cocuq Mərcanlı kəndinin, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edərək, düşmən üzərində strateji üstünlük qazanıb. Bundan başqa, döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları, həmçinin 320 nəfər canlı qüvvə məhv edilib, 500-dən çox hərbçi yaralanıb.

Vurğulanıb ki, müstəqillik tariximizə qızıl hərflərlə yazılan şanlı Aprel qələbəsi nəticəsində bütün dünya Azərbaycan Ordusunun gücünü görüb. Ordumuzun döyüş qabiliyyəti, ən müasir texniki sistemlərlə təchizatı Azərbaycanın xalqının qələbə ruhunu yüksəldib. 2018-ci il Günnüt zəfəri, 2020-ci il Tovuz döyüşləri Azərbaycan xalqını addım-addım Böyük Qələbəmizə, torpaqlarımızın işğaldan tamamilə azad olunmasına, Vətən müharibəsindəki misilsiz Zəfərimizə yaxınlaşdırıb. Azərbaycan xalqı Vətən uğrunda döyüşən, şəhid, qazi olan İkinci Qarabağ müharibəsi iştirakçılarının xidmətlərini əbədi yaşadacaq, qəhrəman oğullarımızın qanı, canı bahasına işğaldan azad olunan torpaqlarımızın hər qarışını göz bəbəyi kimi qoruyacaqdır.

Səbail rayonundan olan şəhid və qazi ailələrinin Yeni Azərbaycan Partiyası tərəfindən daim xüsusi diqqət mərkəzində saxlanıldığını qeyd edən Ş.Hacıyev bildirib ki, “Şəhid və qazi ailələrinə davamlı qayğı” aksiyası çərçivəsində ərazi ilk partiya təşkilatlarının iştirakı ilə bundan sonra da müxtəlif layihələr icra olunacaq.

Zəfər tariximizin əbədi olmasını arzulayan YAP Səbail rayon “Akademik Filarmoniya” (Azərbaycan Dövlət Akademik Filarmoniyası) ərazi ilk partiya təşkilatının sədri Elçin Abbasov şanlı Aprel döyüşlərinin, Vətən müharibəsinin iştirakçılarının, qazilərimizin Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirib. Qeyd olunub, Filarmoniya kollektivinin üzvü, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqqası Firdovsi Eyvazov 44 günlük Vətən müharibəsində döyüş, Zəfər yolu keçərək yaralanıb. Qazinin gündəlik qayğıları Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivinin xüsusi diqqəti mərkəzində saxlanılır.

Sonra Respublikamızın Əməkdar artistlərinin ifasında musiqi nömrələri səsləndirilib.

Konfransda çıxış edən natiqlər şanlı Aprel döyüşlərindən, Vətən müharibəsində qələbədən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından böyük həyəcan, sevinc və qürur hissi ilə danışıblar. Çıxışçılar şəhidlərimizin əziz xatirəsini yad edib, qazilərimizə, onların fədakar ailələrinə təşəkkür edib, Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfərinin və qəhrəman Vətən oğullarının xidmətlərinin əbədiləşdirilməsi, gələcək nəsillərə ötürülməsi üçün müxtəlif təkliflər səsləndiriblər.

Çıxış edən qazilər Azərbaycan xalqının 44 günlük şanlı Zəfərindən fəxarətlə danışıb, şəhid olan döyüş yoldaşlarının əziz xatirələrini ehtiramla yad edib, sağlamlığını Vətən uğrunda qurban verən qazilərimizə şəfalar diləyib, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr