Yaponiya hökuməti oktyabrda istehlak vergisini artırmağı nəzərdə tutur
Tokio, 6 iyun, AZƏRTAC
Yaponiya hökuməti plana uyğun olaraq oktyabrda istehlak vergisini artırmağı nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, NHK telekanalı hökumətdəki mənbələrə istinadla belə məlumat yayıb. Bildirilir ki, cari ilin iqtisadi və fiksal siyasətində buna uyğun olaraq tərtib edilən qaydalar öz əksini tapacaq.
Hökumət, həmçinin iqtisadi sabitləşdirmə tədbirlərinin həyata keçirilməsini də nəzərdə tutur. Bir sıra iqtisadçılar bunun iqtisadi inkişaf tempinə göstərə biləcəyi mənfi təsiri nəzərə alaraq ehtiyatlı olmağa çağırırlar.
Xatırladaq ki, Yaponiya hökuməti maliyyə sistemini sağlamlaşdırmaq və sosial sığorta sistemini maliyyələşdirmək məqsədilə istehlak vergisini 8 faizdən 10-a qaldırmağı planlaşdırır.
Hökumət, həmçinin istehlak vergisinin artırılmasından sonra baş verə biləcək titrəyişlərlə əlaqədar problemlərin həlli üçün xüsusi siyasətin hazırlanması ilə də məşğul olacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [22:00]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]