YAPONİYA HÖKUMƏTİNİN MALİYYƏ DƏSTƏYİ İLƏ ŞƏKİDƏ SU KƏMƏRİ ƏSASLI TƏMİR OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 20-də Şəkinin Gəncəli məhəlləsində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində növbəti - “Taclıq su kəməri”nin bərpası layihəsinin başa çatması münasibətilə icra hakimiyyəti rəhbərliyinin, şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə mərasim keçirilmişdir.
Layihənin rəhbəri, Şəki Vətəndaş Cəmiyyəti Mərkəzinin sədri Əlirza Məhərrəmov demişdir ki, 1706-cı ildə yerli tacir Hacı Nəbinin vəsaiti ilə çəkilmış və 7 kilometr uzunluğu olan bu su kəməri 300 ildir şəhərin dağlıq ərazisində yerləşən Gəncəli məhəlləsini içməli su ilə təmin edir. O, kəmərin bərpası layihəsinin həyata keçirilməsinə göstərdiyi köməyə görə Yaponiya hökumətinə, eləcə də şəhər icra hakimiyyəti və şəhər bələdiyyəsinə sakinlər adından minnətdarlığını bildirmişdir.
Yaponiya səfirliyinin müşaviri Hideomi Nakacima 2000-ci ildən başlayaraq, “Ot kökləri və insan təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində respublikamızda ümumi dəyəri 7 milyon 324 min 691 ABŞ dolları olan 106 layihənin, o cümlədən Şəkidə 7 layihənin həyata keçirildiyini xatırlatmışdır. Diplomat demişdir ki, su kəmərinin bərpasına 75 min ABŞ dollarından çox vəsait xərclənmişdir. Kəmərin yenidən istifadəyə verilməsi nəticəsində 3700 sakinin yaşadığı Gəncəli məhəlləsinin içməli su ilə təchizatı daha da yaxşılaşacaqdır.
Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar su xəttinə baxmışlar.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov iştirak etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]