Yaponiya ikinci ABŞ-Şimali Koreya sammitindən problemlərin həllini gözləyir
Tokio, 27 fevral, AZƏRTAC
Yaponiya hökuməti ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen Inın iştirakı ilə keçiriləcək ikinci ABŞ-Şimali Koreya sammitini diqqətlə izləyir və bu görüşdən problemlərin həllini gözləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kono Tokioda keçirilən mətbuat konfransı zamanı bildirib. Nazir qeyd edib ki, Yaponiya fevralın 27-də Hanoyda başlayacaq sammitdən sonra Şimali Koreyanın öz kütləvi qırğın silahlarını tamamilə, yoxlanılan və dönməz şəkildə ləğv edəcəyini gözləyir. Yaponiya, həmçinin oğurlanmış Yaponiya vətəndaşları məsələsinin də həll ediləcəyinə ümid bəsləyir.
Xatırladaq ki, Yaponiyanın Baş naziri Şinzo Abe Prezident Donald Trampla ötən həftə baş tutan telefon danışığı zamanı ölkəsinin mövqeyini bildirib. Eyni zamanda, xarici işlər naziri Taro Kono da Yaponiyanın mövqeyini ABŞ-ın dövlət katibi Mayk Pompeoya çatdırıb.
T.Kono jurnalistlərə bildirib ki, beynəlxalq ictimaiyyət Şimali Koreya nüvə silahından tam imtina etməyənədək, bu ölkəyə qarşı sanksiyaların saxlanması barədə vahid mövqe nümayiş etdirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]
Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək
- 16.06.2026 [11:47]
Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər
- 16.06.2026 [11:45]
Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib
- 16.06.2026 [11:39]
Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar
- 16.06.2026 [11:25]
Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar
- 16.06.2026 [11:15]
Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər
- 16.06.2026 [11:12]