Yaponiya İmperatoru Akihitonu təbrik etmək üçün 80 mindən çox insan toplaşıb
Tokio, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də İmperator Akihitonu 85 illik yubileyi münasibətilə təbrik etmək üçün İmperator sarayına rekord sayta insan gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya İmperator sarayının işlər idarəsi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, bu dəfə İmperator sarayına toplaşanların sayı 82 min nəfəri keçib. Bu, mərasimin keçirilməsinə başlanandan sonra ən böyük rəqəm hesab edilir. Tokioda ilk dəfə İmperatorun doğum günü münasibətilə təbrik etmək üçün İmperator sarayına toplaşmaq adəti Şyova dövründə (1926-1989-cu illər), Akihitonun atası İmperator Hirohitonun hakimiyyəti vaxtı yaranıb.
Həmin gün Tokioda yağış yağmasına baxmayaraq, minlərlə insan monarxı təbrik etmək üçün saraya getməkdə davam edib. Əhalinin monarxın yubileyinə belə yüksək diqqət göstərməsinin səbəbi kimi, bu doğum gününün Akihitonun Yaponiyanın İmperatoru olaraq sonuncu ad günü olması göstərilir. Belə ki, gələn ilin aprelində İmperator Akihito taxtdan imtina edərək, onu böyük oğlu vəliəhd-şahzadə Naruhitoya təhvil verəcək.
Ənənəyə uyğun olaraq İmperator ailə üzvləri ilə birlikdə gün ərzində üç dəfə eyvana çıxaraq təbrik üçün gələnləri salamlayıb. “Mən bura gələrək mənə hərarətli təbriklərini çatdıranlara səmimi qəlbdən minnətdarlığımı bildirirəm”, - deyə İmperator Akihito öz müraciətində bildirib. Çoxsaylı təbii fəlakətlərdən zərər çəkənlərin kədərini bölüşdüyünü deyən İmperator qeyd edib ki, o, həmin insanların sağlamlığı və xoşbəxtliyi üçün dua edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]