Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirəcək
Bakı, 25 fevral, AZƏRTAC
Yaponiya hökuməti ABŞ və Kanadanın ardından Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarına gəlib.
AZƏRTAC Yaponiya telekanallarına istinadla xəbər verir ki, müvafiq qərar “Yeddilər qrupu” (G7) ölkələri liderlərinin online-görüşündə Baş nazir Fumio Kişida tərəfindən elan edilib. Yeni sanksiyalar fərdi şəxslərin, təşkilatların və maliyyə institutlarının aktivlərinin dondurulması ilə bağlıdır. Eyni zamanda, ixracı qadağan olunan məhsulların siyahısı, həmçinin PUA-ların istehsalı ilə bağlı detallarla genişləndiriləcək.
Yaponiyanın Ukrayna müharibəsi ilə bağlı Rusiyaya bir neçə mərhələdə tətbiq etdiyi sanksiyalar artıq 900 şəxsi və 50-dən çox təşkilatı əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]