Yaponiya və ABŞ Şimali Koreyanın raket sınaqları ilə bağlı mövqelərini əlaqələndirəcək
Tokio, 10 may, AZƏRTAC
Yaponiya və ABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket sınaqlarını bərpa etməsi ilə bağlı mövqelərini daha sıx əlaqələndirmək niyyətindədir.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-da səfərdə olan Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa dövlət katibi Maykl Pompeo ilə görüşdən sonra bildirib.
Y.Suqanın sözlərini sitat gətirən agentlik yazır: “Biz bu buraxılışlarla bağlı informasiyaları birlikdə təhlil etmək barədə razılığa gəldik. Bununla bağlı biz müxtəlif səviyyələrdə sıx əməkdaşlıq edəcəyik”.
Eyni zamanda, baş katib təsdiq edib ki, Tokio Yaponiya və KXDR liderlərinin heç bir ilkin şərt irəli sürmədən görüşünün keçirilməsinə çalışır.
Bundan əvvəl Y.Suqanın Vaşinqtonda ABŞ-ın müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Patrik Şanahan ilə KXDR-in son raket sınaqlarını müzakirə etdiyi də bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]