Yaponiyada 170 uşaq kobud rəftara görə himayədarlarından alınıb
Tokio, 29 mart, AZƏRTAC
Yaponiyada 170 uşaq kobud rəftara görə valideynlərindən və digər himayədarlarından alınaraq müdafiə olunmaları üçün qəyyumluq orqanlarına verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat uşaqlarla kobud rəftar məsələləri üzrə işçi qrupunun iclasında verilib. Bildirilir ki, Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi martın 8-dək davam edən aylıq ərzində bütün ölkə üzrə uşaqların rifahı mərkəzlərini cəlb edərək təhqiqat aparıb. Təhqiqat ölkə üzrə 37800 uşağı və onların valideynlərini və ya himayədarlarını əhatə edib.
Təhqiqatın nəticəsində kobud rəftarın və zorakılığın müxtəlif əlamətlərinin müşahidə edildiyi 170 uşaq himayədarlarından alınıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]