Yaponiyada Şinmoe vulkanı növbəti dəfə püskürüb
Tokio, 10 mart, AZƏRTAC
Yaponiyanın cənub-qərbində yerləşən Şinmoe vulkanında baş verən növbəti püskürmə nəticəsində tüstü 4500 metr yüksəkliyədək qalxıb. Bu, vulkanın fəallaşmasının qeydə alındığı son 9 gün ərzində ən yüksək göstəricidir.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, Kaqoşima və Miyazaki prefekturalarının sərhədində yerləşən Şinmoe dağında növbəti püskürmə şənbə günü gecə saat 2 radələrində qeydə alınıb. Püskürmə nəticəsində vulkanın atdığı daş parçaları kraterdən 1,8 kilometr məsafəyə düşüb. Agentliyin nümayəndələrinin bildirdiyinə görə, vulkandan çıxan lava dağın şimal-qərb ətəyi boyunca aşağı doğru hərəkət edir.
Agentlik vulkan təhlükəsi xəbərdarlığını 5 ballıq cədvəl üzrə 3-cü dərəcə kimi müəyyən edib. Bu, o deməkdir ki, insanlar dağdan imkan daxilində uzaq məsafədə dayanmalıdırlar. Eyni zamanda, agentiliyin nümayəndələri vulkanın püskürdüyü böyük qaya parçalarının kraterdən 4 kilometr məsafədə düşə biləcəyi barədə də xəbərdarlıq ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]