Yaponiyanın Baş naziri Rusiya ilə sülh müqaviləsi barədə danışıqları irəli aparmağa çalışacaq
Tokio, 4 yanvar, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe yanvarda Rusiyaya baş tutacaq səfəri zamanı ərazi mübahisəsinin həllinə və sülh müqaviləsinin imzalanmasına çalışacağını bildirib.
AZƏRTAC xəbər verir ki, hökumətin başçısı bu barədə yanvarın 4-də təşkil olunan mətbuat konfransı zamanı bəyan edib.
“Rusiya Prezidenti Vladimir Putin ilə ötən il Sinqapurda baş tutan görüş zamanı biz şimal torpaqları məsələsini həll olunması və sülh müqaviləsinin imzalanması istiqamətində qətiyyət nümayiş etdirdik. Müharibənin qurtarmasında ötən 70 ildən çox bir müddət ərzində bu məsələyə nöqtə qoymaq və onu gələcək nəsillərə saxlamamaq barədə razılığa gəldik”, - deyə Baş nazir bildirib.
Şinzo Abe əlavə edib ki, vəziyyət imkan verəcəyi təqdirdə, o, cari ayın ikinci yarısında Rusiyaya səfər edərək, sülh müqaviləsi üzrə danışıqları irəlilətməyə çalışacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]