Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya
Əlahəzrət,
Yaponiyanın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.
Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı yüksək səviyyəsi böyük məmnunluq doğurur. Xalqlarımızı bir-birinə yaxınlaşdıran möhkəm dostluq əlaqələri siyasi, iqtisadi və humanitar zəmində səmərəli əməkdaşlığımız ilə öz məzmununu zənginləşdirir.
Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, qarşılıqlı maraq kəsb edən əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, dost Yaponiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 dekabr 2011-ci il.