Yaponiyanın Nippon Fondu Azərbaycan Dövlət İqtisad Universitetinə ingilis dilində 100 kitab təqdim edib
Bakı, 10 mart, AZƏRTAC
Yaponiyanın Nippon Fondu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kitabxanasına ingilis dilində 100 kitab təqdim edib.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəb maarifçilik fəaliyyəti ilə dünyanın tanınmış qurumlarından hesab edilən Nippon Fondunun təşkil etdiyi “Oxuyan Yaponiya” qrant müsabiqəsinin qalibi olub.
Fondun xüsusi ekspert qrupunun müəyyənləşdirdiyi kitablar iqtisadiyyat, biznes, siyasət, beynəlxalq əlaqələr, cəmiyyət, mədəniyyət, ədəbiyyat və incəsənət sahələrini əhatə edir.