Yaponiyanın Təhsil naziri yapon adlarının ənənəyə uyğun olaraq yazılmasını xahiş edib
Tokio, 6 sentyabr, AZƏRTAC
Yaponiyanın Təhsil naziri hökumət sənədlərində yapon adlarının hətta ingilis dilində yazılışı zamanı belə ənənəvi qaydalara əməl olunmasını xahiş edib. Yapon dilində olan qaydalara görə, əvvəlcə soyad, sonra ad yazılmalıdır.
AZƏRTAC xəbər verir ki, Təhsil naziri Masahiko Şibayama avqustun 6-da bu xahişlə hökumət üzvlərinə müraciət edib.
Qeyd edilir ki, hazırda yapon adları ingilis dilində Qərb qaydasında yazılır. Təhsil Nazirliyinin şura üzvlərinin bildirdiyinə görə, təqribən 20 il əvvəl qəbul olunan qaydaya əsasən “soyad-ad” şəklində yazılış dilə və mədəniyyətə hörməti təsdiq edər.
M.Şibayama jurnalistlərə deyib ki, bu gün gedən qloballaşma prosesi dil və mədəni müxtəlifliyə daha diqqətlə yanaşmağı tələb edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]