Yaponiyaya istehlak vergisinin dərəcəsinin artırılması tövsiyə edilib
Bakı, 18 aprel, AZƏRTAC
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Yaponiyaya maliyyə sabitliyinin qorunması və dövlət borcunun azaldılması üçün istehlak vergisinin dərəcəsini artırmağı məsləhət görüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu verginin dərəcəsi hazırda Yaponiyada 8 faiz təşkil edir.
Təşkilatın hesabatında göstərilir ki, yetərli büdcə profisitinə yalnız istehlak vergisi ilə nail olmaq üçün istehlak vergisinin dərəcəsini 20-26 faizə çatdırmaq lazımdır, bu da OECD üzrə 19 faizlik orta göstəricidən yuxarıdır.
OECD-nin ekspertləri hesab edirlər ki, Yaponiya işçi qüvvəsinin çatışmamasına və vətəndaşların tədricən yaşlanmasına görə böyük problemlərlə qarşılaşır. Ona görə də dövlət xəzinəsinə daxilolmaların sabitliyini əsas etibarilə yığımların səviyyəsini artırmaqla mümkündür. Bununla belə, hazırda Yaponiyada istehlak vergisinin dərəcəsi OECD-yə üzv ölkələr arasında ən aşağıdır, dövlət borcunun səviyyəsi isə ümumi daxili məhsuldan əhəmiyyətli dərəcədə yüksəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]