YARAT-da “Balıqçının qızı” filminin premyerası olacaq
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 24-də YARAT Müasir İncəsənət Mərkəzində rejissor və ssenarist İsmayıl Səfərəlinin "Balıqçının qızı" tammetrajlı debüt filminin premyerası olacaq.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq YARAT-dan bildirilib.
“Filmin prodüseri Mariya İbrahimovadır. Film Abşeron yarımadasındakı kiçik balıqçı kəndinin həyatından bəhs edir. Balıq ovu zamanı itkin düşmüş balıqçının qızı Sara atasının yoxluğuna inanmaq istəmir. Lakin Saranın ailəsi və kənd sakinləri, formal da olsa, dəfn mərasiminin keçirilməsində israrlıdır. Ağsaqqallar belə hesab edirlər ki, kəndin başına gələn, ardı-arası kəsilməyən bədbəxtliklərin səbəbi məhz dəfn olunmamış balıqçıdır. Sara ailənin hökmünə, ənənələrinə qarşı çıxır. Sanki təbiət də onunla birlikdə üsyan edir - qasırğa yaxınlaşır və Sara atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur. Filmin nümayişdən sonra yaradıcı heyətlə müzakirə keçiriləcək. Ekran əsəri 1 saat 28 dəqiqədir. Film Azərbaycan dilində, ingilis dilində alt yazılarla nümayiş olunacaq”, - deyə film haqqında məlumat verilib.
Qeyd edək ki, ekran əsərinə baxmaq istəyənlər https://forms.gle/NXwNzkhuidnzVYZj7 linkindən qeydiyyatdan keçməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:38]
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]