Yardımlı və Biləsuvar rayonlarında yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb
Yardımlı-Biləsuvar, 17 noyabr, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayonunda COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş E.Əsgərovun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə xüsusi karantin rejiminin tələblərini pozan E.Əsgərov ictimai yerdə aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Biləsuvar rayon sakini M.Quliyevə də COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə M.Quliyevin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib.
M.Quliyev tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:58]
Tovuzda su kanalından kişi meyiti tapılıb
- 15.06.2026 [17:17]
Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub
- 15.06.2026 [16:12]
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
- 15.06.2026 [14:27]
Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO
- 15.06.2026 [10:36]
Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
- 15.06.2026 [10:00]