“Yaşıl ASAN”dan sosial aksiya: “Bir ovuc yem”
Gəncə, 8 may, Rauf Hacıyev, AZƏRTAC
ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüs qrupunun Gəncə ekoloji nümayəndəliyinin təşkilatçılığı ilə “Bir ovuc yem” sosial aksiyası həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində hazırlanan quş yuvaları Gəncə regional "ASAN xidmət" mərkəzinin həyətində yerləşən ağaclara asılıb.
Xatırladaq ki, "Bir ovuc yem" təşəbbüsü 2 saylı "ASAN xidmət" mərkəzinin könüllüləri tərəfindən 2016-cı ildə irəli sürülüb. Aksiya artıq 4-cü dəfədir həyata keçirilir.