YAŞIL TEATRDA MAKSİM QALKİNİN KONSERTİ BÖYÜK UĞURLA KEÇMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 25-də Yaşıl Teatrda Rusiyanın tanınmış parodiyaçısı və televiziya aparıcısı Maksim Qalkinin konserti böyük uğurla keçmişdir.
İstedadlı estrada artistinin zarafatları və parodiyaları paytaxt tamaşaçılarına bolluca gülüş bəxş etmişdir. O, tanınmış ifaçıları, teatr və kino artistlərini, siyasi xadimləri təqlid etmiş, populyar mahnılar və hətta opera ariyaları oxumuşdur.
Tamaşaçılar sevimli artistin çıxışını gurultulu alqışlarla qarşılayaraq, ona gül dəstələri və xatirə hədiyyələri təqdim etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]