YAY VAXTINA KEÇMƏK FAYDALIDIR, YOXSA ZƏRƏRLİ?
Hazırda yay vaxtına keçid sistemindən dünyanın 110-dan çox ölkəsi istifadə edir. İlk dəfə saatın əqrəbi 1908-ci ildə Böyük Britaniyada irəli (geri) çəkilmişdir. Daha sonra bir çox ölkələr ondan nümunə götürmüşlər. BMT-nin Avropa İqtisadi Komissiyasının tövsiyəsi ilə 1996-cı ildən “yay” vaxtının müddəti oktyabrın sonuncu bazar gününədək uzadılmışdır.
Yay vaxtına keçid nəticəsində milyonlarla kilovat-saat enerjiyə, xeyli miqdarda kömürə qənaət olunur. Atmosferə atılan zəhərli tullantıların və torpaqda toplanan zərərli maddələrin miqdarı azalır.
Çoxsaylı tədqiqatlar göstərmişdir ki, bizim bioloji saatlarımız 25 saata bərabər vaxtı əhatə edir, yəni bizim hər gün bir saatımız çatmır və itirdiyimiz bu bir saat, əslində, hiss olunmur. Lakin bəzi alimlər bunun insanın sağlamlığı üçün zərərli olduğunu bildirirlər. Onların fikrincə, ahıllar yay vaxtından daha çox ziyan çəkirlər. Bu qəbil insanlarda gündüz yuxusu güclənir, yuxusuzluq və ruh düşgünlüyü yaranır.
Lakin bir çox mütəxəssislərin qənaətinə görə, yay vaxtı insanın psixi vəziyyətinə xüsusi təsir göstərmir.