Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq
Bakı, 19 mart, AZƏRTAC
2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01.58-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.
Bu barədə AZƏRTAC-a AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.