Yekun test imtahanı: 177 namizəd zal nəzarətçisi sertifikatı əldə edib
Bakı, 29 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) martın 24-26-da zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər üçün yekun test imtahanı keçirilib. İmtahan kompüter vasitəsilə DİM-in inzibati binasında təşkil olunub və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 180 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, 16 nəfər A, 161 nəfər isə B kateqoriyası olmaqla, ümumilikdə 177 namizəd tələb olunan şərtləri ödəyərək zal nəzarətçisi sertifikatı əldə edib.
Hər bir namizəd nəticələrlə bağlı məlumatı öz elektron anketinə daxil olaraq ala bilər.
Zal nəzarətçisi sertifikatı əldə etmiş şəxslər mütəmadi olaraq DİM tərəfindən keçirilən imtahanlara cəlb olunacaqlar.
Xatırladaq ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatı yanvarın 31-də başa çatıb. Avqust ayından etibarən qeydiyyat sistemi yenidən aktiv ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:37]
BŞTİ məktəb drektorları və bağça müdirləri üçün təlim təşkil edib
- 11.06.2026 [15:08]
Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar
- 11.06.2026 [14:21]
Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan
- 11.06.2026 [11:16]