Yeni Zelandiyada özünü sahilə atmış qara delfinlər xilas edilib
Tokio, 24 fevral, AZƏRTAC
Özünü Yeni Zelandiyanın Cənub adasının şimal sahillərinə atmış 28 qara delfin mütəxəssislər tərəfindən xilas edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Radio New Zealand” radiosu məlumat yayıb. Bildirilir ki, həmin delfinlər özlərini Kraytsçörç şəhərindən 500 kilometr şimal-qərbdə yerləşən Faruell - spit əyrisi sahillərinə atıblar. Yeni Zelandiya Təbiət və Tarixi İrs Departamentinin mütəxəssisləri hadisədən dərhal sonra həmin əraziyə gəliblər.
Dənizdə qabarmanın başlamasını gözləyən xilasedicilər delfinləri açıq dənizə buraxıblar. Departamentdən bildiriblər ki, bundan üç sutka əvvəl də həmin yerdə 49 delfin özünü sahilə atıb. Onlardan 40-ı xilas edilərək dənizə qaytarılıb.
Qeyd edilir ki, Qolden-Bey körfəzində qara delfinlərin məhv olması ilə bağlı son 15 ildə 10 hadisə qeydə alınıb. Son belə hadisə 2017-ci ilin fevralında baş verib. Həmin vaxt dənizin çəkilməsindən sonra 700 delfin sahildə qalıb və onlardan 250-si məhv olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]
Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər
- 22.09.2026 [11:20]
Sudanda 5 milyondan çox məcburi köçkün evlərinə qayıdıb
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]