Yeniyetmə cüdoçularımız qitə kubokunda 5 medal qazanıblar
Bakı, 3 mart, AZƏRTAC
Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku başa çatıb.
AZƏRTAC xəbər verir ki, cüdoçularımız Türkiyədə 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar. Belə ki, yarışın son günü Azərbaycan milli komandasının 2 üzvü medal qazanıb. Qızların yarışında 57 kq çəki dərəcəsində çıxış edən Aytac Qardaşxanlı bütün rəqiblərinə qalib gələrək Antalya turnirinin çempionu olub. Oğlanların mübarizəsində isə Elcan Hacıyev (73 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıb.
Qeyd edək ki, beynəlxalq turnirin ilk günü Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medala, Şükran Zamanlı (55 kq) isə bürünc medala layiq görülüb.
Antalya turnirində 16 ölkədən 495 yeniyetmə cüdoçu mübarizə aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]