YERKÖKÜ VƏ BALQABAQ AĞCİYƏR ÜÇÜN FAYDALIDIR
Nəticələr göstərmişdir ki, insan yaşa dolduqca ağciyər pis fəaliyyət göstərir, özü də SNH1-in göstəriciləri artıq 28-29 yaşlarında azalır. Siqaret çəkməyənlərdə SNH1 ildə 29,8 millilitr, gündə 1 qutudan çox siqaret çəkənlərdə isə 52 millilitr azalır.
Fransa tədqiqatçıları aydınlaşdırmışlar ki, qanında beta-karotinin və E vitamininin qatılığı çox olan siqaret çəkməyənlərin ağciyərləri yaşa dolduqca daha az ziyan çəkir. Beta-karotinin və E vitaminin yüksək qatılığı aşkar edilən siqaret aludəçilərində də eyni asılılıq müşahidə olunmuşdur.
Beta-karotin A vitamininin “sələfidir” və antioksidant xüsusiyyətlərə malikdir, yəni hüceyrələri zədələyən azad radikalların meydana gəlməsinə əngəl törədir. Yerkökü, qırmızı bibər, balqabaq, manqo və qırmızı rəngli digər tərəvəz və meyvələr, habelə ispanaq və brokkoli kələmi beta-karotinlə zəngindir. E vitamini də güclü antioksidant sayılır. Ona daha çox bitki yağlarının, avakadonun, günəbaxan tumlarının, yağlı balığın və yumurtanın tərkibində rast gəlinir. Genequnun fikrincə, beta-karotinin və E vitamininin səmərəsi onların antioksidant xüsusiyyətləri ilə bağlıdır. Bu maddələr ağciyərdə tütünün və digər amillərin, məsələn, havadakı çirkləndiricilərin təsiri nəticəsində yaranan azad radikalların qarşısını alır.
Alim xəbərdarlıq etmişdir ki, beta-karotin və E vitamininin ağciyərin fəaliyyətinə müsbət təsir göstərməsinə baxmayaraq, bu maddələr siqaret aludəçisini zərərli vərdişin digər nəticələrindən, məsələn, ağciyər xərçəngindən və ürək-damar xəstəliklərindən qoruya bilməz. Bu halda məsələnin həllinin ən yaxşı yolu siqaretdən tamamilə imtina etməkdir.