Yevlaxda Dövlət Bayrağı Günü münasibətilə bayraq yürüşü keçirilib
Yevlax, 9 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayraq yürüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 500-dək gəncin qatıldığı yürüş ümummilli lider Heydər Əliyevin abidəsindən başlayaraq Bayraq Meydanınadək davam edib.
Yürüşdən sonra şəhərin Mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsinin önündə konsert proqramı təşkil olunub.
Konsertdə vətənpərvərlik mövzusuna həsr olunmuş musiqi nömrələri səsləndirilib, “Qarabağ inciləri - Bayraq rəqs kompozisiyası” nümayiş etdirilib.