Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yevlaxda Kür çayının sahilində “Bulvar” istirahət mərkəzi salınmışdır

Yevlax, 7 oktyabr (AZƏRTAC).  Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərinə səfəri çərçivəsində Kür çayının sahilində salınan “Bulvar” istirahət mərkəzində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuşdur. 

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bir neçə il əvvəl şəhərin Kür qırağının abadlaşdırılması, burada yeni bulvarın salınması ilə bağlı icra olunmağa başlanan layihə uğurla davam etdirilir. Bundan əsas məqsəd Kür çayının sahilini turizm zonasına çevirmək, insanların mənalı istirahətinə yardımçı olmaq və şəhərin simasına yeni memarlıq elementi daxil etməkdir.

Dövlətimizin başçısı “Bulvar”da istirahət edən sakinlərlə görüşüb söhbət etdi.

SAKİN: Salam, cənab Prezident, xoş gəlmisiniz!

Prezident İlham ƏLİYEV: Salam. Xoş gördük.

SAKİN: Necəsiniz, cənab Prezident?

Prezident İlham ƏLİYEV: Yaxşıyam, siz necəsiniz?

SAKİN: Çox məmnunuq. Bu gün balaca nəvəmlə buradayıq. Bazar günləri buraya gəlirik. Bu gün nəvəmin yadında qalacaqdır. Səhv etmirəmsə, Yevlaxa 7-8-ci dəfədir gəlirsiniz. Hər gəlişinizdən biz stimul alırıq, güc alırıq. Siz həmişə deyirsiniz ki, Avropa şəhərlərindən geri qalmamalıyıq. Nəinki Avropa şəhərlərinə, dünyanın böyük şəhərlərinə çatmalıyıq. Biz buna əminik, Sizin köməyinizlə bu yolla gedirik.

Prezident İlham ƏLİYEV: Elədir, keçən dəfə burada olanda hələ təmir işləri gedirdi. Artıq mənə məruzə edilmişdi. Bu, çox gözəl təşəbbüsdür. Əslində, bu təşəbbüs Yevlaxdan gəldi. Mən bu təşəbbüsü dəstəklədim, çünki bulvar Bakıya xas olan bir istirahət zonasıdır. Bakı bulvarının artıq 100 ildən çox tarixi vardır. Biz son illər ərzində Bakı bulvarını abadlaşdırdıq, uzatdıq, 3,5 kilometrdən indi Bayraq Meydanı ilə birlikdə 14 kilometrə çatıbdır. Yəni, indi geniş bir istirahət zonası açılıbdır. Biləndə ki, Yevlaxda bulvar salınır, çox sevindim. Çox gözəl təşəbbüsdür. Biz gərək bütün gözəl təşəbbüsləri dəstəkləyək. Bura boş yerlər idi, buraya heç kim gəlmirdi, demək olar ki, sahil yox idi. İndi gözəl bir istirahət zonasıdır. Özü də Kürboyu gəzinti xüsusi zövq verir. Bizim indi həm Dənizkənarı, həm də çayboyu bulvarımız vardır. Çox güman ki, hələ uzanacaqdır.

SAKİN: Bəli, o biri körpüyə çatmağa az qalıbdır. Cənab Prezident, mən özüm Yevlax sakiniyəm. Hər dəfə Sizin buraya gəlişiniz bizim üçün toy-bayramdır. Bakıya tez-tez gedirəm, cənab Prezident, çünki orada ailəmiz, uşaqlarımız vardır. İnanın, hər dəfə, Bakı bulvarını gəzəndə o qədər həsəd hissi keçirirdim ki, kaş bizim də belə bir bulvarımız olaydı. Amma bu gün ailəmlə, nəvəmlə gəzdiyimiz Kür çayının sahilində yerləşən bu bulvar heç də Bakının bulvarından geri qalmır. Buna görə, bütün yevlaxlılar Sizə təşəkkür edirlər. Xahiş edirəm, bizim salamlarımızı Mehriban xanıma çatdırın. Biz onu da, Sizi də çox istəyirik. Allah Sizi qorusun. Yevlaxa tez-tez gəlin, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Sağ olun, salamlarınızı çatdıraram. Mən Yevlaxa tez-tez gəlirəm, vəziyyətlə tanış oluram, maraqlanıram və görürəm ki, doğrudan da Yevlaxda böyük inkişaf gedir, böyük quruculuq işləri aparılır. Siz yevlaxlılar bunu hamıdan yaxşı bilirsiniz. Yevlax Azərbaycanın ən inkişaf etmiş rayonları arasındadır. Yəni, bu, onu göstərir ki, hər şeyi etmək mümkündür. Əgər güclü iradə varsa və yerlərdə kadrlar yaxşı işləyirlərsə hər şey etmək olar, hər bir yeri cənnətə çevirmək mümkündür. İndi Yevlaxda nəinki bulvar vardır, - bulvar əlbəttə ki, indi Yevlaxın bir xüsusiyyəti olacaqdır, - şəhər də cavanlaşır. Mən Prezident kimi bir neçə ildir ki, Yevlaxa gəlirəm, görürəm ki, burada çox yüksək zövqlə, səliqə ilə böyük quruculuq, abadlıq işləri görülür.

SAKİN: Cənab Prezident, bizə yeni Yevlax şəhəri bəxş etmisiniz.

Prezident İlham ƏLİYEV: Bəli, gözəl binalar, gözəl xiyabanlar. Yollar genişləndirilir, eyni zamanda, iş yerləri açılır, sosial infrastruktur yaradılır, məktəblər tikilir. Yəni, hərtərəfli inkişaf vardır. Əlbəttə, bu inkişaf, eyni zamanda, belə gözəl istirahət yerlərinin tikilməsində də özünü göstərməlidir. Çünki hər şey, nə edilirsə insanlar üçün edilir. Bu yaxınlarda mən Humanitar Forumda çıxışımda da dedim. Siyasətimizin təməlində Azərbaycan vətəndaşı, onun rifahı, rahat yaşaması durur. Bütün bu işlər insanlar üçün görülür. Bu bulvar artıq tarixdə qalacaqdır. Bu bulvarın da böyük tarixi olacaqdır. İndi biz deyirik ki, Bakı bulvarı 102 il bundan əvvəl salınıbdır. Yevlax bulvarı isə yeni salınıbdır. Bu, artıq tarixdə vardır. Siz bu tarixi bir yerdə qeyd edin. Yazın ki, Yevlax bulvarı bu tarixdə yaradılıb. Yüz ildən sonra burada gəzəcək insanlar deyəcəklər ki, bizim tarixi bulvarımız vardır, yaşı 100 ildir. Tarix belə yaradılır, ölkələr belə inkişaf edir.

SAKİN: Çox minnətdarıq, biz yevlaxlılar Sizi sevirik, Allah Sizə ömür versin.

Prezident İlham ƏLİYEV: Sağ olun, mən də sizi sevirəm. Çox şadam ki, Yevlax doğrudan da inkişaf edir. Əslində son illər ərzində Yevlaxda gedən quruculuq prosesləri onu dəqiqliklə göstərir ki, hər şey etmək mümkündür. Çünki yenə də deyirəm, Yevlax ölkə miqyasında ən qabaqcıl yerlərdədir. Bu uğurlar sizin zəhmətiniz hesabına mümkün olubdur. Mən də əlbəttə ki, kömək edirəm.

SAKİN: Bu, Sizin yevlaxlılara olan qayğınızın təzahürüdür, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Yevlax ölkəmizin coğrafi mərkəzidir, böyük və strateji mərkəzdir. İndi burada gedən quruculuq işləri inkişaf etmiş şəhərlərdə gedən işlərdən geri qalmır. Əslində mən bir neçə dəfə demişəm, bəzi hallarda, xüsusilə müstəqilliyimizin ilk illərində deyirdik ki, “Avropa standartları”, “Avropa standartlarına çatmalıyıq”, belə bir anlayış var idi. Amma indi görürük ki, bizim öz standartlarımız da geri qalmır. Yəni, indi artıq demək olar ki, Azərbaycan standartları vardır - səliqə, zövq, təmizlik, quruculuq, inkişaf, abadlıq işləri. Azərbaycan standartları digər sahələrdə də özünü göstərir. Misal üçün, təhlükəsizlik. Deyə bilərəm ki, dünya miqyasında ən təhlükəsiz yerlərdən biri Azərbaycandır. Yaxud da ki, iqtisadi inkişaf, sosial məsələlərin həlli, cəmiyyətdə hökm sürən gözəl ovqat, ab-hava, milli-dini dözümlülük - bu, Azərbaycan modelidir. Bu günlərdə İkinci Beynəlxalq Humanitar Forumunun iştirakçıları da bu inkişafı görürlər, vurğulayırlar və bizim təcrübəmizi öyrənməyə çalışırlar. Ona görə Azərbaycan standartları özünü hər yerdə göstərməlidir. Bu, müasirlik və inkişaf standartlarıdır. Eyni zamanda, milli dəyərlərə bağlılıq standartlarıdır.

SAKİN: Cənab Prezident, icazə versəydiniz mən bütün yevlaxlılar adından Sizi salamlayardım. Şəhərimizə xoş gəlmisiniz. Sizin hər gəlişiniz bizim üçün sözün əsl mənasında bayramdır. Biz bu gün bu gözəl bulvarda Sizi görməyimizə çox şadıq. Bizim üçün yaratdığınız hər bir şəraitə görə çox sağ olun. İndi doğrudan da Yevlax camaatı heç nədən əziyyət çəkmir. Buna görə də Sizə “çox sağ olun” deyirik. Çünki bu, Sizin işinizin, qayğınızın, bizə göstərdiyiniz diqqətin sayəsində mümkün olubdur.

Mən öz adımdan Sizə bir daha təşəkkür edirəm ki, bizi bu cür işləməyə ruhlandırırsınız. Yəni, Sizin hər gəlişiniz bizim həyat eşqimizi daha da artırır. Doğrudan da elədir. Mənim 56 yaşım vardır, amma mən istərdim ki, bundan sonra da heç olmasa 20 il yaşayım ki, Azərbaycanın o gözəl günlərini daha yaxından görüm, onun quruculuğunda mən də iştirak edim. Çox sağ olun, Sizə həm şəhərimizin əhalisi adından, həm öz adımdan, həm də bütün Azərbaycan xalqı adından bir daha təşəkkür edirəm. Siz doğrudan da bizim təhlükəsizliyimizi təmin edirsiniz. Vaxt var idi ki, Yevlaxda kimsə harayasa tək çıxa bilmirdi. Amma bu gün mən balaca nəvəmi də götürüb tək gəlirəm. Yay aylarında gecə saat 11-12-dək burada otururam ki, uşaq əylənsin. Çox sağ olun, bir daha Sizə minnətdaram.

Prezident İlham ƏLİYEV: Sağ olun.

SAKİN: Nəvələrimlə, nəticələrimlə gəlib bu gözəl parkda gəzirəm. Bura vaxtı ilə liman olubdur, buraya Bakıdan paroxod gəlibdir. İndi şükür Allaha gözəl sahil, park, gözəl bulvar salınıb, gəlib gəzirəm.

Cənab Prezident, Siz Ramil Səfərovu, Mübariz İbrahimovu, Vətənimizə gətirdiniz və onlara sahib durdunuz, buna gözə çox sağ olun! Bu, Sizin Azərbaycan xalqına göstərdiyiniz diqqətin və qayğının nümunəsidir. Biz yaşlı adamlarıq. Biz Sizin diqqət və qayğınızı həmişə hiss edirik. Allah ulu öndərimizə rəhmət etsin! Biz Sizi ömürlük Prezident kimi qəbul edirik. Çox sağ olun, Allah Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun! Azərbaycan doğrudan da indi qüdrətli dövlətdir, öz maraqlarını müdafiə etməyə, ləyaqətini qorumağa, vətəndaşlarına yiyə durmağa qadirdir. Ramil Səfərovu Azərbaycana qaytarmağımız ədalətli idi, bütün beynəlxalq hüquq normalara uyğun idi. Avropa Konvensiyasına, Azərbaycan Konstitusiyasına və haqq-ədalətə uyğun idi. Azərbaycan öz vətəndaşlarını qoruyur, qorumalıdır və çətin vəziyyətdən xilas etmək üçün əlindən gələni etməlidir. Bu gün bizim buna gücümüz çatır. Ona görə dünyada bizim rolumuz artır, dünya xəritəsində biz artıq layiqli yer tuta bilmişik. Bölgədə gedən proseslərdə bizimlə hesablaşmamaq artıq mümkün deyildir. Hesablaşmamaq istəyənlər də gördülər ki, axırda hesablaşmalıdırlar. Bizim siyasətimiz də xoşniyyətlidir. Biz heç kimə qarşı pis fikirdə deyilik. Biz istəyirik ki, bütün xalqlar, bütün ölkələr bir-biri ilə yaxşı əlaqədə olsunlar. Ancaq, eyni zamanda, istəyirik ki, bizim haqlarımız da qorunsun, ərazi bütövlüyümüz bərpa olunsun və buna çalışırıq. Eyni zamanda, biz müstəqil siyasət aparırıq. Bu siyasətin mənbəyi Azərbaycan xalqıdır və onun maraqlarıdır. Burada heç bir başqa maraq nəzərə alınmır və alınmamalıdır. Müstəqil siyasət aparmaq üçün əlbəttə ki, güclü iradə, cəsarət, iqtisadi dayaqlar olmalıdır. Bunlar hamısı öz yerində. Amma ilk növbədə cəmiyyətdə birlik olmalıdır, xalqla iqtidar arasında birlik. Bu birlik nə qədər güclüdürsə, o qədər də beynəlxalq arenada bizim söz deməyə gücümüz çatır. Mən bunu istəyirəm və hər yeni icra başçısı təyin edərkən, əlbəttə, tövsiyələrimi verirəm. Bu tövsiyələrin ən vacibi xalqla bir yerdə olmaq, xalqın problemləri ilə yaşamaq, bütün səyləri insanların yaxşı yaşamalarına yönəltməkdir.

Mən Yevlaxda da bunu görürəm. Mən görürəm ki, burada yerli icra orqanları vətəndaşlarla bir yerdə çalışırlar. Bu bulvar hamımızın əsəridir. Əlbəttə ki, mən də öz rolumu oynamışam, yerli icra orqanları da, vətəndaşlar da. Biz dövlət yaradırıq, özümüz üçün güclü dövlət qururuq ki, hər bir kəs Azərbaycan vətəndaşı olmağı ilə fəxr etsin. Nə qədər güclü olsaq, bizim mövqeyimiz də o qədər müdafiə olunacaq, maraqlarımız da o qədər təmin ediləcəkdir. Bütün bunlar hamısı bir-biri ilə bağlı olan məsələlərdir.

Bu gün biz öz maraqlarımızı ləyaqətlə qoruyuruq. Həm bölgədə, həm də dünyada gedən qlobal proseslərdə biz fəal iştirak edirik. Bizim rəyimizlə hesablaşırlar. Bizim mövqeyimiz bölgə məsələlərində həlledici rol oynayır, dünya məsələlərində də artıq eşidilir. Bütün bunlara biz 20 il ərzində nail olmuşuq. İyirmi il tarix üçün bir andır. İyirmi il ərzində bu qədər böyük işin görülməsi xalqımızın tarixi qələbəsidir. Biz bundan sonrakı 20 ili də nəzərə alırıq. İnşallah 20 ildən sonra da görüşəcəyik, bəlkə də bulvarın o tərəfində. Çünki bulvar bir qədər də uzanacaqdır.

SAKİN: Allah ömür versin!

Prezident İlham ƏLİYEV: Mən bundan sonrakı 20 ilin konturlarını da görürəm. Əminəm ki, Azərbaycan inkişaf etmiş ölkələrin sırasında olacaqdır. Həyat səviyyəsi ən yüksək həddə olacaqdır. Bütün infrastruktur layihələri, əlbəttə, ondan əvvəl öz həllini tapacaqdır. Əhalimiz artacaqdır. Əhali də çox vacibdir. Demoqrafiya vacibdir. Bizim əhalimiz 15 milyon, 20 milyon olmalıdır. İnşallah, o günləri də biz bərabər görəcəyik və daha da güclü, daha da təsirli dövlət yaradacağıq. Mən buna şübhə etmirəm. Bütün bunlara nail olmaq üçün Azərbaycanda hər şey vardır - siyasi iradə, xalqın dəstəyi, iqtisadi güc və gələcəyə olan baxışlarımız.

Bir daha qayıdıram Yevlaxda gedən inkişafa. Görürük ki, burada qısa müddət ərzində çox iş görülüb. Rayon icra hakimiyyətinin şəhərin inkişafı ilə bağlı başqa planları vardır. Şəhər, əlbəttə, böyüməlidir, böyüyür, yeni inkişaf konsepsiyası işlənməlidir. Əlbəttə, bütün infrastruktur layihələri vaxtında icra edilməlidir. Yevlaxda su layihəsi icra ediləcək, qazlaşdırılma 100 faiz olmalıdır. Bütün kəndlərdə qaz olmalıdır. Kənd yolları bərpa edilməlidir. Mərkəzi Rayon Xəstəxanası tikilib. Böyük xəstəxanadır. Ölkə miqyasında ən böyük xəstəxanalardan biridir. Nə lazımdırsa onu da edəcəyik və sizinlə də çox görüşəcəyik. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun!

SAKİNLƏR: Çox sağ olun, minnətdarıq.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Elektromobillə “Bulvar” istirahət mərkəzinin ərazisini gəzən Prezident İlham Əliyev burada aparılan tikinti və yenidənqurma işlərinin gedişi ilə tanış oldu.

Bildirildi ki, şəhər əhalisinin istirahətinin səmərəli təşkili məqsədilə Kür çayının Yevlax şəhərinin ərazisindən keçən hissəsinin sağ sahili boyunca salınan “Bulvar” istirahət mərkəzinin uzunluğu 2,5 min metr, ümumi sahəsi 8,2 hektardır. Onun bir hissəsi sahil boyunca, digər hissəsi isə estakadalar üzərində yerləşir. Tikinti işlərinin gedişində istinad divarları tikilmiş, sütunlar inşa olunmuşdur. İstirahət zonasında müxtəlif həcmli 22 fəvvarə, şəlalə, dayaqlar üzərində 86 tağbənd də tikilmişdir. “Bulvar” istirahət mərkəzində müasir işıqlandırma sistemi yaradılmış, uşaqlar üçün attraksionlarla təchiz olunan əyləncə guşəsi qurulmuşdur.

Vurğulandı ki, idmana olan maraq nəzərə alınaraq burada futbol və voleybol meydançaları inşa olunmuş, çimərlik zonası salınmışdır. Hazırda Kür çayının sahilində beşulduzlu otel binasında tikinti işləri davam etdirilir.

Bir sözlə, “Bulvar” istirahət mərkəzində yaradılmış şərait Azərbaycanın hər bir bölgəsində abadlıq və quruculuq işlərinin aparılmasının dövlətin diqqət mərkəzində olduğunu göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO