MƏDƏNİYYƏT
“Yuğ” Teatrı mart repertuarını açıqlayıb
![“Yuğ” Teatrı mart repertuarını açıqlayıb](/files/2023/1/1200x630/16777564582246696_1200x630.jpg)
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Dövlət “Yuğ” Teatrı mart ayı üçün maraqlı repertuar tərtib edib.
AZƏRTAC xəbər verir ki, sənət ocağının kollektivi martın 4-də “Lənət”, 5-də “Elçilik”, 11-də “Medeya. Sekvensiya 01”, 12-də isə “Kloun Bizzz” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq.
Martın 16-da isə sənət ocağında “Aşıq qapı” günü təşkil olunacaq.
Bundan başqa, martın 18-19-da “Toy dəsgahı”, 25-də “Şəbədə”, 26-da isə “Mənəm, mən” tamaşaları göstəriləcək.
Səhnə əsərləri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq.
Tamaşalar bir qayda olaraq saat 19:00-da təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2024 [15:31]
Musiqili Teatr iyul repertuarını açıqlayıb
- 24.06.2024 [14:08]
Azərbaycanlı rəssam Başkortostanda etnik-bədii simpoziumda iştirak edəcək
- 24.06.2024 [12:44]
Kitabxananın 45 illiyi ilə əlaqədar informasiya lövhəsi hazırlanıb
- 24.06.2024 [11:35]
Məhsəti Gəncəvi yaradıcılığı İtaliya ədəbiyyat portalında
- 24.06.2024 [11:07]
Bülbülün anadan olmasının 127-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
- 24.06.2024 [11:07]