Yunanıstanda qripdən ölənlərin sayı 127 nəfərə çatıb
Afina, 29 mart, AZƏRTAC
Yunanıstanda qripdən ölənlərin sayı keçən ilin oktyabr ayından başlayaraq 127 nəfərə çatıb. Bu barədə Xəstəliklərin Nəzarəti və Profilaktikası Mərkəzi (KEELPNO) həftəlik məruzəsində bildirib. Qeyd olunur ki, hazırda qrip simptomları ilə 360 xəstə müalicə olunur. Mərkəzin məlumatına görə, qripin yayılması azalmağa başlayır, lakin aprel ayına kimi xəstəlik fəal olacaq. Qeyd edək ki, keçən ilin sentyabr ayından başlayan qrip epidemiyası bir çox ölkələrdə, o cümlədən Yunanıstanda qəfil ölümlərlə nəticələnib. Ölkədə əhali arasında peyvəndlənmə aparılır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]