DÜNYA
Yunanıstanın sabiq Səhiyyə naziri koronavirusdan dünyasını dəyişib
Afina, 11 may, AZƏRTAC
Yunanıstanın sabiq Səhiyyə naziri kardiologiya üzrə professor Dimitris Kremastinos 78 yaşında koronavirusdan dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, sabiq nazir martın 26-da Afinanın Evanqelismos xəstəxanasında intensiv terapiya şöbəsinə yerləşdirilib. O, fəaliyyəti dövründə PASOK partiyasının hökumətində Səhiyyə naziri, Yunanıstan parlamentində sədr müavini, Dodekanes adaları üzrə deputat olub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina