Yusif Eyvazov Filadelfiyada “Toska” operasında Mario Kavaradossi obrazını yaradacaq
Bakı, 25 mart, AZƏRTAC
Mayın 12-də, 16-da və 19-da Filadelfiyada (ABŞ), “Verizon Hall”da Cakomo Puççininin “Toska” operası nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, səhnə əsərində Mario Kavaradossi obrazını Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov yaradacaq. Operanın nümayişi barədə məlumat musiqiçinin və “Verizon Hall”un saytlarında yer alıb.
Azərbaycanlı tenor 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında məhz Mario Kavaradossi (“Toska” C.Puççini) obrazı ilə debüt çıxış edib.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]
Görkəmli xanəndə Əlibaba Məmmədovun xatirəsi anılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]